Onlayn ictimai-siyasi qəzet
“Bakı danışıqları Rusiya platformasına keçirməyə çalışmayacaq, unutmayın ki, hazırkı ikitərəfli format Azərbaycan tərəfinin ideyasıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.
“Hazırkı format müəyyən mərhələdə Qərbin danışıqlar formatını boykot etməyə başlayan Azərbaycanın təzyiqinin nəticəsidir. İndiki format artıq Azərbaycan tərəfinə lazımi üstünlükləri verir. Delimitasiya və demarkasiya məsələsində erməni tərəfinin birtərəfli güzəştlərə getdiyini gördük, İrəvan da Bakının tələblərini qəbul etməkdə qərarlıdır. İndi Bakı Moskvanın vasitəçilik təşəbbüslərini rədd etmək üçün İrəvandan sadəcə istifadə etdi”, - deyə Qriqoryan qeyd edib.
Erməni ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanın kəskin reaksiyası ilə nəticələnən və mahiyyətcə Rusiya platformasında danışıqların mümkünlüyünü sıfıra endirdiyi bəyanatına diqqət çəkib. “Ermənistan XİN-in Rusiyanı dağıdıcılıqda ittiham etdiyi reaksiyası mahiyyətcə bu vasitəçilikdən imtina idi”, - deyə Qriqoryan bildirib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ