İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: Əgər Ermənistanın Türkiyə ilə problemi olmasa, Fransa və Hindistan niyə İrəvana silah satmaq istəsin?

"Əgər Ermənistanın Türkiyə ilə problemi olmasa, o zaman Fransa və Hindistan niyə İrəvana silah satmaq istəsin? İran niyə qoşunlarını Ermənistan-Azərbaycan sərhədinə cəmləşdirsin? Rusiya niyə Ermənistanda hərbi baza saxlasın?"

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Stepan Danielyanın statusunda əks olunub.

O, hakim “Vətəndaş sazişi” partiyasının strategiya məsələləri üzrə nümayəndələrindən bu suallara izahat vermələrini gözlədiyini bildirib.

Danielyan əlavə edib: "Əks halda, məlum ola bilər ki, Ermənistanın təhlükəsizliyinin zəifləmiş qalıqlarını qoruyub saxlayan yeganə amil gerbindəki Ağrı dağı təsviridir. Ola bilsin ki, Ermənistanın beynəlxalq münasibətlərdə subyekt kimi qalmasının, müəyyən bir siyasi faktor kimi mövcud olmasının yeganə yolu da məhz budur."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR