İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Azərbaycanın tələblərinə ordunun ləğvi də daxildir”

“Ermənistanın indiki hakimiyyət orqanları Ermənistan dövlətçiliyinin parçalanması məsələsində Türkiyə və Azərbaycan başçıları ilə açıq şəkildə əməkdaşlıq edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanda Azərbaycan məsələləri üzrə ekspert sayılan Qarnik Davtyan danışıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Silahlı Qüvvələri qınaq hədəfinə çevirməsi təsadüfi deyil: əvvəlcə generallar ittiham olunurdu, daha sonra ittihamlar hərbi əsirlərə və sıravi hərbçilərə ünvanlandı, indi isə növbə könüllülərə çatıb. Bundan əlavə, hakimiyyət bu cür hərəkətləri ilə bir tərəfdən ordunu cəmiyyətin gözündə nüfuzdan salmağa, digər tərəfdən isə ordudan həqiqi ixtisaslı mütəxəssislərin axınına şərait yaratmağa çalışır.

Erməni ekspertə görə, bütün bu proseslər uzunmüddətli perspektivdə Azərbaycanın daha bir tələbinin yerinə yetirilməsinə - Ermənistan ordusunun ləğvinə gətirib çıxaracaq. “İstisna etmirəm ki, Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbləri paketində reallıqda bir çox məqamlar var, o cümlədən Ermənistan ordusunun ləğvi yer alıb”, - deyə o, “168 Jam” telekanalında bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR