Onlayn ictimai-siyasi qəzet
Ermənilər Milli Məclisin deputatı Rasim Musabəyovun Başkəndi Ermənistana vermək təklifini dərhal manşetlərə daşıyıb, alqışlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə məlumat paylaşan erməni mediası və teleqram kanalları bildiriblər ki, Musabəyov Ermənistana Başkənd anklavının verilməsi ilə bağlı "konstruktiv və ədalətli" təkliflə çıxış edib.
Ermənilər onu da qeyd ediblər ki, Başkənd Gədəbəy rayonu ərazisində yerləşir, lakin əvvəllər Azərbaycan SSR ərazisində Ermənistan SSR-in anklavı sayılırdı.
Məlumat üçün bildirək ki, tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ