İnsanlara hürriyət, millətlərə istiqlal!

ERMƏNİ İDDİASI: "Sərhəd yaxınlığında qoşunlar toplanır, qərar Ankarada veriləcək"

Azərbaycan Ermənistan və Qarabağ separatçılarına (mətndə onlara uydurma bir ad qoyulub-red.) qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazır olduğunu nümayiş etdirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli türkoloq Ruben Safrastyan deyib.

“Sərhəd yaxınlığında qoşunların toplanması, yeni silahların çatdırılması ilə bağlı xəbərlər, istehkamların qurulması - bütün bunlar genişmiqyaslı hərbi əməliyyatlara hazırlıqdan xəbər verir. Bunun sadəcə hərbi əməliyyata hazırlığın nümayişi, yoxsa real niyyət olması başqa məsələdir. Biz Ermənistan və Qarabağdakı separatçılara (red.) qarşı genişmiqyaslı hərbi təcavüzün mümkünlüyünü istisna edə bilmərik”, - deyə Safrastyan yerli “Factor” kanalının efirində bildirib. Onun sözlərinə görə, bununla bağlı əsas siyasi qərar Ankarada veriləcək.

Safrastyanın fikrincə, Ermənistana qarşı yeni müharibə başlayacağı təqdirdə Türkiyənin iştirakı 2020-ci il müharibəsində olduğundan daha geniş və daha açıq olacaq.

“Bunu Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə inteqrasiyanın dərinləşməsi sübut edir. Bu inteqrasiya artıq öz bəhrəsini verir, vahid hava idarəetmə sistemi konsepsiyası fəaliyyətə başlayır. Əslində, bununla Türkiyə Silahlı Qüvvələri Azərbaycanın hava məkanını qorumaq məsuliyyətini öz üzərinə götürür ki, bu da çox dərin inteqrasiya səviyyəsini göstərir”, - deyə erməni ekspert qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR