İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni dilini bilən araşdırmaçıdan Musavat.com-a açıqlama: “Türk dili ermənilərin ikinci ana dili idi”

“Qarabağ Universitetində mütləq erməni dili tədris olunmalıdır. 100 il öncə türk dili ermənilərin ikinci ana dili idi. Lakin vəziyyət dəyişib, Qarabağ məsələsi ilə əlaqədar erməni dilini öyrənməliyik”.

Bu fikirləri Musavat.com-a Bakı Dövlət Universitenin (BDU) erməni araşdırmaları və təlim mərkəzinin direktoru İsmayıl Tanrıverdi bildirib.

O, həmçinin, vurğulayıb ki, kadr məsələsində narahatlıq var: “Hazırda dövlət qurumlarında erməni dilini bilən kadrlara ehtiyac var. BDU-nun Tarix fakültəsində erməni dili dərsləri keçirilir, 50-ə yaxın tələbə bu dili öyrənir. Mənim yetişdirdiyim tələbələr isə lazımi yerlərdə çalışırlar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR