Onlayn ictimai-siyasi qəzet
“Berkaberə polis qüvvələri yeridilib və məndə olan məlumata görə, hazırda aktiv minatəmizləmə işləri aparılır”.
Musavat.com-un xəbərinə görə, bu barədə bu gün deputat Qarnik Danielyan məlumat verib.
“Nə üçün minaları təmizləyirlər? Türkü bura daha bir soyqırım üçün gətirməyə? Azərbaycan öz sərhədindən heç olmasa bir mina çıxarıbmı? Bütün minalar və müdafiə xətləri tam bütövdür. Baş verənlər demarkasiya və ya delimitasiya deyil. Artıq azərbaycanlılar burada özlərini ağa kimi hiss edirlər. Qarşılıqlı kompromislər haqqında düşünmürlər. Onlar addım-addım irəliləmək istəyirlər”, - deputat sərsəmləyib.
Danielyanın sözlərinə görə, hakimiyyət bunu asanlaşdırmaq üçün əlindən gələni edir.
“Ola bilsin ki, sabah kilsəyə çatan düşmən əsgərləri təxribat törətsinlər, terror etsinlər, oğurluq etsinlər, bir sözlə, nə istəsələr, etsinlər. Nə müdafiə xətti, nə mina, nə də tikanlı məftillər var”, - deyə deputat əlavə edib.
O xatırladıb ki, bir neçə gün əvvəl dövlət nömrə nişanı olmayan avtomobil Kirants yaxınlığındakı yolda hərəkətə keçmək istəyəndə kəndlilər avtomobili araşdırmaq istəyib, bu zaman polis qüvvələri güc tətbiq edərək yolu açmağa cəhd ediblər.
“Həm qocanı, həm cavanı, həm qadını, həm uşaqları, həm də qocaları döyürdülər. Bu insanların kim olduğu məlum deyil. Hər halda xalqın məlumatı yoxdur, insanları aldadıblar, o həddə çatdırıblar ki, yarım saatdan sonra nə baş verəcəyini bilmirlər. İnsanlar elə bilirlər ki, yenə polis hücumuna məruz qalacaq, türklər və azərbaycanlılar gəlib kəndin ortasında dayanacaqlar”, - Qarnik Danielyan iddia edib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ