Onlayn ictimai-siyasi qəzet
“Bir il əvvəl bu günlərdə Qarabağdakı böhran “qırmızı xətti” keçdi”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu erməni müxalif deputat, revanşist siyasətçi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
Revanşistin iddiasına görə, hər şey planlaşdırılmış olub. “Bundan düz bir ay sonra bütün Qarabağda (həmin vaxt işğal altında olan ərazilərdə qurulan oyuncaq qurum-red.) müdafiəsinə cavabdeh struktur və birləşmələr tamamilə tükəndikdə Azərbaycan hərbi əməliyyata keçdi. O günlərdə Ermənistanın qubernatoru (Paşinyanı nəzərə tutur-red.) velosiped idmanı ilə fiziki cəhətdən məşğul olmasa da, heç bir reaksiya göstərmədi. Bütövlükdə Ermənistanın iqtidaryönlü elitası onları nəyin gözlədiyini bilirdi, ancaq heç nə etmədi”, - deyə Abramyan qeyd edib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ