İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Ermənistanda xarici siyasət vektorunun dəyişməsi gözlənilməz nəticələrə gətirib çıxaracaq”

 

“İndiki şəraitdə xarici siyasətin istiqamətlərini dəyişdirmək cəhdləri son dərəcə risklidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü, eyni adlı müxalifət fraksiyanın nümayəndəsi Artur Xaçatryan məlumat verib.

Onun sözlərinə görə, “Qarabağdakı ermənilərin həyatı” Rusiyanın regionda mövcudluğundan asılıdır. “Mən sülhməramlıların işinin keyfiyyətindən çox razı olduğum barədə yanlış təəssürat yaratmaq istəmirəm. Xeyr, bizim də onlara çoxlu iradlarımız var. Amma hazırda xarici siyasət vektorunun dəyişməsi ilə riskli oyunlar mənim üçün anlaşılmaz və izaholunmazdır. Bu cür oyunlar bir çox gözlənilməz nəticələri gətirə bilər”,-deyə erməni deputat bildirib.

 “Ermənistan hakimiyyəti Qərbdə tərəfdaşlar axtarmağa çalışır, lakin Ermənistandan Qərbə baxanda yalnız Türkiyə görünür, buradan nə Fransa, nə də ABŞ görünmür”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR