İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Twitter“ hesabında məlumat paylaşıb.

O paylaşımında taxıl müqaviləsinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.

“Ukraynalı əsirlərin və siyasi məhbusların qaytarılması üçün gələcək addımları müzakirə etdik. Mən də bu məsələdə Türkiyənin dəstəyinə ümid edirəm”, - deyə Zelenski bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR