Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında bir sıra mühüm və strateji bəyanatlarla çıxış edib. O, həm daxili təhlükəsizlik məsələləri, həm də beynəlxalq diplomatik proseslər kontekstində qəti və mesaj dolu açıqlamalar verib.
Ərdoğan deyib:
“Türkiyənin kompası parlaq və firavan gələcəyə yönəlib. Dünyadakı xaotik vəziyyətə baxmayaraq, dövlət gəmisini mütləq etibarlı limana çatdıracağıq.”
Musavat.com xəbər verir ki, Ərdoğan Hindistan və Pakistan arasındakı son atəşkəs razılaşmasını məmnuniyyətlə qarşıladığını bildirib və tərəfləri provokasiyadan çəkinməyə çağırıb:
“Bu iki nüvə dövlətinin sabit münasibətləri dünya üçün həyati əhəmiyyət daşıyır. Biz daim sülh və diplomatiya tərəfdarıyıq.”
Prezident Ərdoğan bildirib ki, Rusiya və Ukrayna ilə etibar mühiti yaratmış Türkiyə danışıqlara ev sahibliyi etməyə hazırdır:
“Son təmaslardan sonra yeni imkan pəncərəsi açılıb. Ümid edirik ki, bu fürsət boşa verilməz.”
Türkiyə lideri PKK-nın özünü buraxması ilə bağlı qərarını belə şərh edib:
“Bu qərar ölkəmizin təhlükəsizliyi, bölgə sabitliyi və xalqımızın əbədi qardaşlığı baxımından əhəmiyyətlidir. Terrorun bitməsi ilə siyasətin demokratik potensialı güclənəcək.”
Ərdoğan əlavə edib ki, bu qərar PKK-nın İraq, Suriya və Avropadakı qollarını da əhatə etməlidir.
Bununla yanaşı, o, dövlətin müvafiq qurumlarının bu prosesi ciddi nəzarətdə saxlayacağını da vurğulayıb:
“‘Terrorsuz Türkiyə’ hədəfinə doğru qətiyyətlə irəliləyirik. Dövlət ağılı və ciddiyyəti ilə hər an nəzarət təmin ediləcək.”
Ərdoğan çıxışının sonunda koalisiya ortağı MHP-nin sədri Dövlət Bahçeliyə də təşəkkür edib:
“Terrorsuz Türkiyə” yolunda səmimi dəstəyinə görə xüsusilə Bahçeliyə və bu istiqamətdə töhfə verən hər kəsə təşəkkür edirəm.”
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ