Onlayn ictimai-siyasi qəzet
Zelenski və Lavrovun ziyarətləri bizə böyük əhəmiyyət kəsb edir. İki qonşu ölkə ilə də balanslı və konstruktiv münasibətlər qurduğumuzu bildirmək istəyirik. Xüsusilə 2022-ci ilin mart ayında qlobal qida böhranının qarşısını almaqda əldə etdiyimiz uğur, bölgəmiz üçün mühüm bir dönüş nöqtəsi olmuşdur.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Tayyp Ərdoğan bu gün keçirdi mətbuat konfransında danışıb.
"Bu gün dünya artıq yeni bir balans qurulma mərhələsindədir. ABŞ-dan müharibənin sona çatdırılması istiqamətində atılan addımlara müsbət yanaşırıq. Biz inanırıq ki, ədalətli və davamlı sülhə gedən yol, bütün tərəflərin özünü təmsil edə bildiyi ədalətli bir proseslə mümkündür.
Vaxtilə Rusiyanın izolyasiya edilməsi nəticə verməmişdir. Eyni zamanda, Ukraynanın da yeni danışıqlar prosesinə daxil edilməsi vacibdir. Bu mövzuda həm Zelenskiyə, həm Makrona, həm də Lavrova öz mövqeyimizi ifadə etdik və hər cür dəstəyə hazır olduğumuzu bildirdik.
Bölgəmiz artıq qan və toqquşmadan yorulmuş, sülh və əmin-amanlıq arzusundadır. Biz hesab edirik ki, bu münaqişə tezliklə sona çatmalı və hər iki tərəf üçün ədalətli, daimi barış təmin edilməlidir. Bundan başqa, Qəzzadakı qardaşlarımızın təhlükəsizliyi və Suriya ərazi bütövlüyünün qorunması məsələlərində heç bir güzəştə getməyəcəyimizi açıq şəkildə bildirmək istəyirik", - o deyib.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ