İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Təhlükəsizlik Şurasını toplayır: Azərbaycan-Ermənistan məsələsi müzakirə olunacaq

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

İclasda Azərbaycan-Ermənistan arasındakı sülh prosesi də müzakirə olunacaq.

İştirakçılar digər məsələlərlə yanaşı, Ukrayna, İrandakı vəziyyət, eləcə də Yunanıstanla münasibətlərlə bağlı məsələləri nəzərdən keçirəcəklər.

Eyni zamanda, görüşdə əsas məsələ “terrorizmlə mübarizə” – Suriya və İraqdakı kürd dəstələri, İraqla sərhəddə “təhlükəsizlik dəhlizi”nin yaradılması olacaq.

Milli Təhlükəsizlik Şurası bu il üçüncü dəfə toplaşacaq. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR