İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan "Taxıl böhranında" yenə BAŞ ROLDA - Liderlər görüşə hazırlaşır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə Ukrayna arasında yaşanan taxıl dəhlizi böhranı ilə bağlı yeni açıqlamalar verib.

Musavat.com xəbər verir ki, nazir Türkiyənin BMT ilə birlikdə prosesi izlədiyini açıqlayıb.

Çavuşoğlu maneələrin aradan qaldırılması üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb: “Türkiyə olaraq səylərimizi davam etdirəcəyik. Prezident Ərdoğan Ukrayna lideri Zelenski və Rusiya prezidenti Putinlə görüşəcək".

Türkiyənin XİN başçısı qeyd edib ki, hazırda yüklü gəmilərdə problem yoxdur: "Taxıl daşınmasının davam etməsi üçün problemlər aradan qaldırılmalıdır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi şənbə günü Krımda gəmilərə edilən hücumlardan sonra Taxıl Dəhlizi Sazişini dayandırdığını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qara dəniz taxıl təşəbbüsü sazişi ilə bağlı açıqlama verərək bildirib ki, razılaşmanın tələbi kimi Rusiya taxıl və gübrələrini əhatə edən sanksiyalar tam olaraq götürülməyib.

Kremlin sözçüsü Dmitri Peskov isə müqavilədən çıxmalarının səbəbi kimi Ukraynanı günahlandırıb: "Ukrayna tərəfinin hərəkətləri bu müqavilənin pozulmasına səbəb oldu və zəmanətli təhlükəsizlik atmosferini korladı. Başa düşmək lazımdır ki, razılaşmanın pozulması Ukrayna tərəfinin hərəkətləri ilə bağlıdır”.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı (BMT), Türkiyə və Ukrayna Taxıl Dəhlizi Sazişinin icrasını birtərəfli qaydada davam etdirməkdə israrlıdır.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR