İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan nazirləri iclasa topladı - Bu məsələ müzakirə olunacaq - FOTO

Prezident Ərdoğanın rəhbərliyi ilə Beştəpədə Nazirlər Kabinetinin iclası başlayıb.

Sammitin əsas gündəm bəndləri minimum əmək haqqının artırılması və Suriyadakı son hadisələr olacaq. Ərdoğanın minimum əmək haqqının təyin edilməsi komissiyasının sabah keçiriləcək 4-cü iclasından əvvəl əlaqədar nazirliklərə tapşırıqlar verməsi gözlənilir.

Prezident Ərdoğanın rəhbərliyi ilə bu gün başlayan Nazirlər Kabinetinin iclasında Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhanın minimum əməkhaqqında planlaşdırılan artımla bağlı təqdimat edəcəyi gözlənilir.

Bildirilib ki, iclasda Suriya məsələsi gündəmdə olacaq. Suriya ərazisinin bir hissəsini nəzarətdə saxlayan terror təşkilatı PKK/YPG-yə qarşı atılacaq siyasi addımlar müzakirə ediləcək.

Qeyd edək ki, ötən həftə Minimum Əmək haqqının müəyyən edilməsi komissiyası üçüncü dəfə toplaşıb və işəgötürənlər heç bir rəqəm açıqlamayıblar. Bütün diqqətlər sabaha planlaşdırılan yekun iclasdadır. Prezident Ərdoğanın məsələ ilə bağlı aidiyyatı nazirliklərə göstəriş verməsi gözlənilir./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR