İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan G20 liderlərinin toplantısında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 18-ci zirvə toplantısında iştirak edəcək.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə Prezidenti zirvə toplantısında iştirak üçün sabah Hindistana gedəcək.

Sentyabrın 8-dən 10-dək Yeni Dehlidə keçiriləcək toplantıda G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” sammitində əsas mövzu altında, üç sessiyada fikir mübadiləsi aparacaq.

Ərdoğanın həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi hökumət başçıları ilə təkbətək görüşləri gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR