Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Ərdoğan son dövrlərdə siyasi gündəmin formalaşmasında radikal sağ siyasətin əsas rol oynadığını vurğulayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, kabinetin iclasından sonra keçirdiyi mətbuat konfransında danışıb.
Ərdoğan liberal demokratiyanın artıq əvvəlki gücünü itirdiyini, vətəndaşlarda güvən yaratmaqda kifayət qədər uğursuz olduğunu və bu vəziyyətin Qərbdə baş verən hadisələrlə açıq şəkildə ortaya çıxdığını söyləyib.
“Qərbdə bu gün yaşananlar liberal demokratiyanın ciddi bir böhranda olduğunu göstərir. Son seçkilərdə aşırı sağcı demaqoqların güc qazanması buna sübutdur”, - deyə, Ərdoğan bildirib.
Bundan başqa Ərdoğan Qərbi Qəzzada yaşanan vəziyyətə görə Qərbi sadəcə seyirci qalmaqda suçlayıb.
O, Avropa Birliyi ilə əlaqələrin “köhnə dövrə qayıtmasının” vacib olduğunu vurğulayıb və Avropanın Türkiyəyə olan ehtiyacına diqqət çəkib.
“Avropa öz içində yaşadığı vəziyyətdən yalnız Türkiyənin AB-yə üzvlüyü xilas edə bilər. Buna görə də Türkiyənin tam üzv olması, hər iki tərəf üçün strateji bir addım olacaq”, - deyə, Ərdoğan qeyd eidb.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ