Onlayn ictimai-siyasi qəzet
Bizim əhvalımız əsasən hormonal səviyyələrdən asılıdır. Bəzi qidalarda sinir sisteminin normal fəaliyyəti üçün lazım olan maddələr var.
Endokrinoloq Dilyara Lebedeva əhval-ruhiyyəni yaxşılaşdıran əsas qida mənbələrindən danışıb. O, təbii anti-stress maddələrin adlarını açıqlayıb və onları əldə edə biləcəyiniz qidaları sadalayıb.
Musavat.com medicina.az-a istinadən endokrinoloqun "bir boşqab xoşbəxtlik" düsturunu təqdim edir:
Asetilkolin
Bu, noxud, ispanaq, yumurta sarısı, balıqda var. Asetilkolin əsəbləri sakitləşdirir və heç nə yolunda getməyəndə belə güc verir.
GABA (qamma-aminobutirik turşu)
Əsasən pomidor, ispanaq, çay və qarabaşaq yarmasının tərkibində olur. Bu məhsullar stresi aradan qaldırmağa və yuxunu yaxşılaşdırmağa kömək edir.
Dopamin
Siz banan, avokado, alma və qozun köməyi ilə əhval-ruhiyyəyə birbaşa təsir edən bu hormonun istehsalını stimullaşdıra bilərsiniz.
Serotonin
Bu hormonu çiyələk, kivi, ananas və əlbəttə ki, şokolad yeməklə əldə etmək olar.
Qidalanma mütəxəssisi və tibbi psixoloq Yelena Morozova isə bu məqamda çox mühüm bir məsələyə toxunub. O qeyd edib ki, bir çox insan tez bir zamanda əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün şəkər tərkibli qidalara, şirniyyatlara üz tutur. Ancaq tort, kruasan, keks kimi şirniyyatlarla xoşbəxt olmağa çalışmaq böyük səhvdir.
"Məsələ burasındadır ki, şəkərin psixoloji asılılıq yaratma qabiliyyəti var. Nə qədər tez-tez şirniyyat yeyiriksə, bir o qədər çox asılılıq yaranır. İnsan psixoloji tələyə düşür: şəkərsiz yaxşı hiss edə bilmir və daim öz istəyinə təslim olmaqla əhvalını pisləşdirəcək amilləri artırır. Həm çəkisi artır, həm də sağlamlığı korlayır. Bütün bunlar barəsində düşünəndə isə kədərlənib yenidən şirniyyata sığınır".
Odur ki, mütəxəssislər şəkər ehtiyacını ancaq təbii şəkər mənbələri ilə qarşılamağı məsləhət görürlər.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ