İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Əmrullayevdən XƏBƏRDARLIQ: "Məsələnin ört-basdır edilməsini istəmirik"

"Təbii ki, biz də hər hansı məsələnin ört-basdır edilməsini istəmirik. Amma suallar aidiyyəti üzrə yönləndirilməlidir".

Musavat.com-un məlumatına görə ,bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir bildirib ki, bəzən mətbuatda məsələ araşdırılmamış yekun qərar verilir: "Məsələni dəqiqləşdirməyi və nəticəni gözləməyi tövsiyə edirəm. Ən azından etik prinsipləri qorumalıyıq, çünki bu, çox vacib məsələdir.

Hadisə baş veribsə, mütləq araşdırılmalıdır və bunun üçün vaxt lazımdır. Həmin vaxt müddətində jurnalistlər peşəkar etik qaydalara əməl etsə, yaxşı olar".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR