Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Emin Ağalarov öz İnstagram hesabında “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksinin açılışı ilə bağlı video paylaşıb.
O, açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya təşəkkür edib.
Musavat.com xəbər verir ki, Emin Ağalarov yazıb: "Mən həmişə deyirəm ki, mənim üçün "Sea Breeze"in inkişafı və təkmilləşdirilməsi doğma Azərbaycanın inkişafı ilə bərabərdir. Bu özünəməxsus tarix və mədəniyyətə malik, müasir və mütərəqqi, gözəl ölkədir.
Bizim üçün vacibdir ki, bütün aspektlərə əməl edək və öz layihəmizlə sakinlərin perspektivli gələcəyi, xoşbəxtliyi, sevinci və rifahına xidmət edək. Ölkəmizin Prezidentinə və Birinci vitse-prezidentinə, Heydər Əliyev Fondunun vitse-prezidentinə göstərdikləri etimada görə təşəkkür edirik".
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ