İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdaşımız MSK-dan xəbər verir: Seçici fəallığı 76,73 faizdir - YENİLƏNİR

 

MSK sədri Məzahir Pənahovun mətbuat konfransı yaxın bir saata gözlənilir. Seçkinin ilkin nəticələri MSK sədri tərəfindən açıqlanacaq.

***

Saat 19.00-da növbədənkənar Prezident seçkisində səsvermə yekunlaşıb.

Respublika üzrə bütün seçki məntəqələrində səsvermə başa çatıb və səslərin sayılmasına başlanıb. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi 125 seçki dairəsi üzrə seçici fəallığı barədə sonuncu hesabatı açıqlayıb.

Musavat.com xəbər verir ki, MSK-nın İnformasiya Mərkəzinin müdiri Fərid Orucov seçkidə  4 milyon 971 min 32 nəfər  seçicinin iştirak etdiyini bildirib. Beləliklə, 7 fevral növbədənkənar Prezident seçkisində 76,73 faiz seçici iştirak edib. Seçicilərin ümumi sayı 6 milyon 4 yüz 78 min 840 nəfərdir. Seçkinin ilkin nəticələrinin bu gün  açıqlanacağı gözlənilir.

***

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi 7 fevral növbədənkənar Prezident seçkisinin gedişatı və saat 17.00-a olan seçici fəallığı haqda məlumatı açıqlayıb.

Musavat.com xəbər verir ki, İnformasiya Mərkəzinin müdiri Fərid Orucov 4 milyon 590 min 75 nəfər seçicinin səs verdiyini bildirib. Bu isə seçicilərin 70,85 faizi deməkdir.

***

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi 7 fevral növbədənkənar Prezident seçkisinin gedişi və saat 15.00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.

Musavat.com-un xəbərinə görə, qurumun İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi brifinqdə seçki prosesinin yüksək səviyyədə keçdiyini, saat 15.00-a qədər 125 seçki dairəsi üzrə 60,54 faiz seçicinin səs verdiyini bildirib. Bu isə 3922187 nəfər seçicinin öz səsvermə hüququndan istifadə etməsi deməkdir.

***

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov 7 fevral Prezident seçkisinin gedişi və saat 12.00-a seçici fəallığı haqda məlumatı verib.

Musavat.com-un MSK-da keçirilən brifinqdə iştirak edən əməkdaşı Etibar Seyidağanın verdiyi məlumata görə, Fərid Orucov seçki prosesinin yüksək səviyyədə davam etdiyini, saat 12.00-a qədər seçicilərin 38,57 faizinin səs verdiyini bildirib. Bu da 2499033 nəfər seçici deməkdir.

***

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov 7 fevral növbədənkənar Prezident seçkisinin gedişi və saat 10.00-a seçici iştirakı haqda ilk açıqlamanı verib.

Musavat.com-un MSK-da mətbuat konfransında iştirak edən əməkdaşının verdiyi məlumata görə, Fərid Orucov Prezident seçkisinin yüksək səviyyədə, çox böyük seçici fəallığı ilə keçdiyini bildirib. Saat 10-00-a qədər seçici fəallığı 19,44 faiz olub. Seçki məntəqələrinin 50-60 faizində səsvermə nəticələri Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra ilkin mənzərə artıq aydınlaşacaq.

***

Musavat.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri seçkinin ilkin nəticələrini saat 21.00-da açıqlamağı gözlədiklərini bildirib.

Qeyd edək ki, müxbirimiz Etibar Seyidağa gün ərzində MSK-dan ən son məlumatları saytımıza göndərəcək. 

WhatsApp Image 2024-02-07 at 10.15.14.jpeg (135 KB)

49cfe22c-ed52-402a-a462-7cec9d8e0ad5.jpg (149 KB)

964f483a-9a72-480f-b746-6c3e36479b23.jpg (144 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR