İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artistdən izləyicilərinə XƏBƏRDARLIQ: "Ya dostluğumdan çıxın, ya da..."

Əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkə izləyicilərinə xəbərdarlıq edib.

Musavat.com bildirir ki, aktrisa sosial media hesabında qeyd edib:

""Facebook" sosial şəbəkə hesabımda 5 min dost, 8 min izləyicim var. Paylaşımlarıma gələn bəyənmələr sıfır faiz, "hekayə" bölümündə paylaşdıqlarıma isə yüzlərlə baxış sayı və bəyənmə gəlir. Bu gizli bəyənmə sevdası nə anlama gəlir?

Mənə gizlində gözəl sözlər yazmaqdansa, sevginizi post paylaşımlarımda bəyənmə ilə bildirə bilsəniz, mənə görə daha doğru olar. Əks təqdirdə çoxunuzu dostluğumdan silmək məcburiyyətində qalacağam. Çünki 2 mindən çox dostluqlarını qəbul etmək üçün təsdiqdə gözləyən insanlar var. Ya da özünüz çıxın dostluğumdan. Anlamıram, nə marağınız var məni izləməkdə".

Xalidə,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR