İnsanlara hürriyət, millətlərə istiqlal!

Elton Nuraya görə evlənibmiş... - VİDEO

Əməkdar artist Elton Hüseynəliyev xanım həmkarı Nura Suri ilə bağlı efirafıyla diqqətləri üzərinə cəmləyib.

Bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.

Proqramın aparıcısı “Nura Suriyə ona görə təşəkkür edirəm ki…” cümləsini sənətçinin tamamlamasını istəyib.

Hüseynəliyevin isə cavabı belə olub:

“Nura Suri bir neçə il bundan əvvəl mənə aranjiman etdiyi mahnısını hədiyyə etdiyinə görə ona təşəkkürümü bildirirəm. Nura mənə hər zaman dəstək olub. Bizim dostluğumuz var. Nura Suriyə həm də ona görə təşəkkür edirəm ki, o mənim xanımım Tamilla ilə tanış olmağımıza vəsilə olub”.

Qeyd edək ki, Elton və Tamilla cütlüyünün 2 qız övladı var. (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR