Onlayn ictimai-siyasi qəzet
Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Bəyan edilib ki, təqsirləndirilən mühafizəçiyə verilmiş ittiham məhkəmə yolu ilə təsdiqini tapıb. Bu əsasla ona sanksiya həddində cəza təyin edilməlidir.
Prokuror yekun olaraq hər iki müttəhimin 20 il azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiəyə hazırlanmaları məqsədilə vaxt verilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyyən edilib.
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ