İnsanlara hürriyət, millətlərə istiqlal!

Elm və Təhsil naziri məktəblərdə qızılcaya yoluxmadan danışdı  

"Qızılcaya yoluxma ilə bağlı təsdiq edilmiş hallar çox deyil".

Musavat.com xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev brifinqdə məlumat verib.

Nazir bildirib ki, peyvəndləmə olarsa, şagirdlər yoluxma halında xəstəliyi daha yüngül keçirə bilər:

"Xüsusilə aşağı yaşlarda peyvəndləməni sürətləndirmək lazımdır. Diaqnozun qoyulması önəmlidir. Tibb müəssisələri ilə sıx işləmək lazımdır. Həm regional idarələr, o cümlədən Səhiyyə Nazirliyi ilə sıx işləyirik. Hazırkı vəziyyətə görə qapanmaya getməyi planlaşdırmırıq.

Ehtiyac yaranarsa, distant təhsil təşkil etmək olar. Bunu o halda edəcəyik ki, mütəxəssislər uşaqlar üçün ciddi təhlükə olacağı barədə xəbərdarlıq edəcəklər. Statistikaya görə, vaksin olduğu halda 3-4 min uşaqdan birində bir yoluxma qeydə alınır. Hazırda ciddi təlaş yaradacaq məlumat yoxdur".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR