İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev, Putin və Ərdoğanla davam

Qərb dünyasında siyasi liderlərin cılızlaşması prosesi sürətlənib, ona görə də...

Son onilliklərdə xüsusilə Qərb dünyasında liderlərin cılızlaşması prosesi sürətlənib. Onların əksəriyyəti vizual olaraq sələflərindən fərqlənmirlər, enerjili görünür və hətta şuxluqları ilə göz oxşayırlar. Amma çıxışlarını dinləyəndə əvvəlcə düşünürsən ki, danışan zehni cəhətdən zəif insandır. Beş-altı dəqiqədən sonra isə cümlələrdə rabitəsizlik yaranır, məntiqi əlaqə itir...

0-15-1005x605.jpg (84 KB)

Ukrayna müharibəsi dünyada əsl lider(lər) qıtlığı olduğunu bir daha göstərdi. Bəziləri hətta savadsızlığı ilə təəccübləndirdi. Biri Voroneji Ukraya ərazisi sayaraq işğal olunduğunu dedi, başqa biri nüvə silahını işə salmaq üçün düyməni basmağa hazır olduğunu... Digər biri Rusiyanı Ukrayna müharibəsində “360 dərəcə dönməyə” çağırdı. Bu nəhəng dövlət təmsilçisi anlamırmış ki, 360 dərəcə dönmə əvvəlki vəziyyətinə qayıtmaqdır. Başqa bir superdövlətin lideri isə uzun müddətdir ki, xəyali adamlarla “salamlaşır”, anlaqsız açıqlamalar verir. Yaxşı, deyək ki, 100 il bundan əvvəlki şərtlər daxilində məsələn, Amerika prezidenti postuna layiqli namizəd tapmaq doğurdan da çətin olurdı. Bəs bu gün elə o Amerikada beləsini tapmaqda problem nədir? Uzaq Argentinada əlindəki motopilə ilə hakimiyyətə gələn avantürist Xavyer Mileyi, Niderlandakı son parlament seçkilərində Quranı yandırmağa haqq qazandıran islamafob Qeert Vildersin qələbəsini də xatırlamaq olar.

Müasir Qərb siyasətçisi uzaq yox, cəmi 30 il əvvəlkilərdən çox fərqlidir. Onların bir çoxu müstəqil lider deyil, sadəcə, öz dövlətində siyasi cəhətdən icraçı olan ixtisaslaşmış avatarıdır.

6lv7dvoftd_21720.jpg (155 KB)

Şəxsi qənatəmə görə, bizə yaxın ətrafda üç ciddi dövlət lideri var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev. (Bu siyahıya Belarus lideri Lukaşenkonu da yazmaq olardı).

Uzun müddətdir ki, Ərdoğan dünya siyasətinə təsir edən ən önəmli siyasətçilərdən biridir. Onun nüfuzu artıq öz ölkəsinin hüdudları ilə məhdudlaşmır. Ərdoğan Yaxın Şərq, böyük ərəb dünyası arealı, Afrikanın bəzi ölkələri, eləcə də Cənubi Qafqaz siyasətinə ciddi təsiri olan liderdir. Onu sevməyən liderlər çoxdur, amma sözünün ağırlığına, diplomatik bacarığına etibar edənlər də az deyil. Əgər Ərdoğan kimi liderlər çox olsaydı, indi dünyamız daha təhlükəsiz, daha rahat olardı...

erdoganin-buyuk-oyunu-turkiye-rusyanin-askeri-ve-ekonomik-acidan-bolgesel-liderlik-rolune-meydan-okuyor.jpg (135 KB)

Növbəti dəfə prezident seçkisində iştirak edəcəyini bəyan edən Putin də son 20 ildə dünya siyasətində ən önəmli adamlardan biri olaraq qalır. Hələ dörd il əvvəl Rusiyadakı konstitusiya islahatları Putinin yeni prezidentlik müddətinə hazırlıq olduğu aydın idi. Kreml o vaxt vacib şərt qoymuşdu: Putinin iştirakı beynəlxalq vəziyyətdən asılı olacaq. Əgər “siyasi barometr” sakitliyə uyğun dəyərlər göstərsə, o zaman Putin öz missiyasını başa çatmış hesab edə və Kremli etibar etdiyi varislərindən birinə verə bilərdi. Amma Ukrayna müharibəsi dünyada və Rusiyada elə bir geosiyasi tufan qopardı ki, Putin “bu dəfə də qalıram” dedi. Putin həm də hiss edir ki, indi onun üçün geniş siyasət meydan var, qarşısına keçib onu masada məğlub edə biləcək dərrakəli lider yoxdur. Onlar Putinə dəli deyirlər, amma bunun belə olmadığını bilirlər. Son olaraq Makron bu diplomatik işə girişdi, yəqin elə düşündü ki, qarşısındakı Paşinyan kimi biridir, onu qorxudacaq, o da dediyinə əməl edəcək və sairə. Daha Moskaya gəlmir, zəng də etmir. Çünki gördü ki, Putin onun baş edəcəyi siyasətçi deyil. Söhbət ondan getmir ki, Putin Ukrayna müharibəsində işğalçı tərəfdir, ona görə yola gəlmir və sairə. Söhbət ondan getməlidir ki, əgər dünyada ağıllı siyasətçilər olsaydı, bu müharibə olmaya da bilərdi. İndi qalıblar əlində, bilmirlər necə, bitirsinlər...

da7dda834850d171218decc978b2ce5e09997a63_3000_2000_c.jpg (1.19 MB)

Rusiyada siyasət də, seçki də, hakimiyyətdə qalmaq formulu da çox fərqlidir, bu aydındır. Amma Putini indikdə nə əvəz edə biləcək varis var, nə ona qalib gələ biləcək müxalifət.

Gələn ilin fevralın 7-də növbədənkənar prezident seçkisində namizəd olacağı gözlənilən Azərbaycanın dövlət başçıslı İlham Əliyevin adını yuxarda çəkdiyim iki liderdən ən əsas fərqi odur ki, o, zamanın siyasət ustalarından biri mərhum Heydər Əliyevin oğludur. Bu, genetik olaraq artıq onun əldə etdiyti üstünlük, talenin qismətidir. Amma İlham Əliyevin son illərdəki fəaliyyəti göstərdi ki, onun siyasi və diplomatik həmlələri özünün qazandığı təcrübəni reallaşdırmaq bacarığıdır.

Dünyanın üç böyük ölkəsinin on illiklərdir vasitəçilik etdiyi Qarabağ münaqişəsini təkbaşına həll etmək nə deməkdir? İlham Əliyev 44 günlük müharibədə göstərdiyi qətiyyət dünya siyasətçiləri üçün yeni kəşf oldu. Azəırbaycan 44 günlük müharibədə regionda ciddi uğur qazandı. Amma bu uğur region çərçivəsində qalmadı, çünki bu münaqişə dünyada artıq az qala “həlledilməz pasport”u almışdı. İlham Əliyev isə sübut etdi ki, ona təqdim edilən və Azərbaycan xalqına sırınmaq istəyən “həll yolu”na alternativ yolu bilir, onu reallaşdırmaq bacarığı da var.

VIdZbJemdWI.jpg (222 KB)

Bu bizim üçün sadəcə, Ali Baş Komandanın görə biləcəyi vəzifə kimi gələ bilər. Amma bu münaqişədə artıq lap çoxda iki tərəf yox idi, dünyanın bir çox aktorları bu regiona cəlb olunmuşdu. Prezident Əliyev onları da qarşısına alaraq sübut etdi ki, münaqişənin onun bildiyi həll variantı-hərbi güc ən doğrusudur. Prezident Əliyevin bu müharibə qərarını əvvəldən bilən bəzi dövlətlər vardı ki, onu fikrindən daşındırmaqda israr etmədilər. Çünki uduza biləcəyinə və ya məqsədinə çatmacağını ümid edirdilıər. Ona görə müharibədə Azərbaycan əsgəri irəlki getdikcə, təzyiqlər başladı, Əliyev isə onları iqnor etdi. Necə ki, müharibədən keçən üç ildə öz doğru bildiyi yolla gedir.

17007313582804715894_1200x630jpg-1700734343.jpg (79 KB)

Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitsə də, bölgədə dayanaqlı sülhdən danışmaq hələ ki, mümkün deyil. Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib ki, sülh sazinin ilin sonunadək imzalanması barədə nikbin deyil. Dövlət başçısı bölgədəki risklərdən də danışıb. “Xarici risklər, bəli var, lakin bu sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın.”

Azərbaycanın hazırkı xarici siyasi kursu doğrudur. Yeni birliklər, yol yoldaşlığı o dövlətlərlə yaradılmalıdır ki, onlar bizə dostdurlar, torpaqlarımıza göz dikməyiblər.

Yaxın aylarda bölgədə çox ciddi hərəkətlənmələr ola bilər. Bu prosesi önə aparmaq, güclənmiş Azərbaycan üçün başqa namizədə gərək yoxdur, ağıllı və qətiyyətli siyasi liderlər var...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR