Onlayn ictimai-siyasi qəzet
Moskvada Naqatinskaya küçəsində əlil arabasında olan qadın beşinci mərtəbədən yıxılıb.
Musavat.com bu barədə Rusiya Telegram kanalıarına istinadən xəbər verir. O, bağlı çarşaflardan istifadə edərək aşağı enməyə cəhd edib, lakin tarazlığını itirərək yerə düşüb.
Məlumata görə, qadın əvvəlcə əlil arabasını pəncərədən endirib, daha sonra özü də aşağı düşməyə çalışıb. Hadisə şahidlərinin bildirdiyinə görə, o, enmə prosesində çarşaflardan sürüşərək yerə çırpılıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun çoxsaylı sınıqlar aldığını bildiriblər. Hadisə baş verən mənzildə daha bir yataq xəstəsinin olduğu məlum olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Musavat.com
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ