İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “İnflyasiya əhalinin güzəranına çox mənfi təsir göstərir”

Milli Məclisin iclasında çıxış edən deputat Əli Məsimli ölkədə davam edən bahalıqdan və inflyasiyadan şikayətləndi. Deputat bildirdi ki, qarşıdan Yeni il gəlir, 2021-ci ildə olan pozitiv dinamika davam edir: İstehsal artmaqdadır, yaxşı göstəricilərimiz var”.

Ə.Məsimli qeyd etdi ki, inflyasiya proqnozları özünü doğrultmadı: “İnflyasiya 4 faiz, sonra isə 12,5 faiz proqnozlaşdırılsa da, 11 ayın göstəricilərinə görə 13,8 faiz, ərzaq inflyasiyası isə 20 faizin üstündədir”. Ə.Məsimli qeyd etdi ki, inflyasiya əhalinin güzəranına çox mənfi təsir göstərir: “Bütün dünyada ərzaq qiymətləri bu ərəfədə aşağı salınır. Çağırış edirəm ki, insanlar qiymət artımından yox, dövriyyədən qazanmağa üstünlük versinlər və bunun nəticəsində bayram günləri hamı süfrə aça bilsin”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR