İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əhmədovdan ÖNƏMLİ AÇIQLAMA: "Davam etdiriləcək"

Azərbaycan Qadınlarının VI Qurultayı bu il suverenliyini bərpa etmiş Azərbaycanda keçirilir.

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Qadınlarının VI Qurultayında Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycan qadınları cəmiyyətdə müstəsna əhəmiyyətə malikdir:

"Əsası Heydər Əliyev tərəfindən qoyulan ənənələr davam etdirilir. Azərbaycan hökuməti qadınların inkişafı üçün şərait yaradıb, müəyyən addımlar atıb və bu, belə də davam edəcək. Bu gün Azərbaycan qadını müxtəlif sferalarda fəaliyyət göstərir. Azərbaycan hökuməti bundan sonra da cəmiyyətdə qadınların imkanlarının genişləndirilməsi və onlara şərait yaradılması, qadınların iştirakının artırılması istiqamətində atılan addımları davam etdirəcək".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR