Onlayn ictimai-siyasi qəzet
Dövlətə xəyanətdə ittiham edilən Əli Behiştinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Ə.Behişti verilmiş ittiham üzrə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əli Behişti Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində keçirilən əməliyyatla həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ