İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əl-Nəsr"in baş məşqçisi Ronaldodan danışdı

“Əl-Nasr”in baş məşqçisi Rudi Qarsiya klubun yeni transferi, portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqda danışıb.

Qol.az "France 24"ə istinadən məlumatına görə, o, deyib ki, 37 yaşlı hücumçunun yenidən futboldan həzz almasını istəyir: "Ronaldoya arzuladığım yeganə şey odur ki, o, oyunun sevincini yenidən kəşf etsin və yenidən gülümsəsin. Çünki son aylarda “Mançester Yunayted”də, milli komandada və sonra şəxsi müstəvidə asan anlar yaşanmayıb. Əgər Rnaldo yenidən oyundan həzz alarsa, deməli, məqsədə artıq nail olunub”.

Xatırladaq ki, Ronaldo 2022-ci ilin noyabrında “Mançester Yunayted”dən ayrılıb. Daha sonra portuqaliyalı hücumçu "Əl-Nasr"la 2025-ci ilə qədər müqavilə imzalayıb. Ronaldo hələ Səudiyyə Ərəbistanı komandasında hələ debüt etməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR