İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekstremist erməni Sankt-Peterburqda çevik polisi güllələdi - FOTO

Sankt-Peterburq məhkəməsi fevralın 24-də OMON zabitinə hücum edən Tiqran Xaçikyanı iki ay müddətinə həbs edib.

Musavat.com bu haqda erməni mediasına istinadən bildirir.

Məhkəmələrin birgə mətbuat xidməti xəbər verir ki, istintaqın müvafiq vəsatətini şəhərin Kuybışevski Rayon Məhkəməsi təmin edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Xaçikyan OMON zabitinin ictimai asayişin pozulmasına son qoyulması ilə bağlı qanuni tələblərinə cavab olaraq ov hamar lüləli tüfəngdən ona azı iki dəfə atəş açıb. Yaralı çevik polisin vəziyyəti hazırda ağırdır. Şübhəli şəxs özünü qismən təqsirli bilib.

Xaçikyan Cinayət Məcəlləsinin 317-ci (Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) maddəsi ilə ittiham olunur. Bu maddə ömürlük həbsə qədər cəzanı nəzərdə tutur.

Məhkəmə zalında Xaçikyan bildirib ki, o, ali hərbi təhsil alıb, indi təqaüdçüdür. Təqsirləndirilən şəxsin həbsini istəyən ittihamçı cinayətdə iştirak edən bütün şəxslərin hələ də müəyyən edilmədiyini, həmçinin Xaçikyanın Rusiyada qadağan olunmuş “Artpodqotovka” hərəkatının fikirlərini bölüşdüyünü bildirib.

“Artpodqotovka” ekstremist təşkilat kimi tanınıb və Rusiya Federasiyasının ərazisində fəaliyyəti qadağan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR