İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğluna görə həbs olunan fenomen ÇAĞIRIŞ ETDİ: "Yürüşlərə qatılmayın"

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkram İmamoğlunun həbsindən sonra başlayan etirazlarda saxlanılan fenomen Elif Uluğa ev dustaqlığı cəzası verilib.

Musavat.com xəbər verir ki, saxlanılan sosial media fenomeni Elif Uluğ barəsində hökm elan edilib.

Məhkəmə Elif Uluğun ev dustaqlığına məhkum edilməsi haqda qərar verib.

Elif Uluğ ilk dəfə olaraq baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb. O, həbsdə yaşadıqlarından danışaraq, gənclərə diqqətli olmaqları üçün çağırış edib:

"Təsdiqlənməmiş yürüşlərə qatılmayın. Məhbəs şəraitində insani şərtlər çox ağır və dəhşətlidir. Heç birinizin bunu yaşamasını istəmirəm".

Rəsmi məlumatlara əsasən, mart ayının 19-dan indiyədək şəhərdə keçirilən aksiyalar ərzində 301 nəfər həbs edilib. Onların bir qismi dindirildikdən sonra azad edilsə də, bəzilərinin məhkəməsi davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR