Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yeni Müsavat” Media Qrupuna ünvanladığı məktubla təşəkkür edib.
Musavat.com xəbər verir ki, nazirin məktubunda deyilir:
“Hörmətli Rauf müəllim, dəyərli “Yeni Müsavat” kollektivi!
2024-cü il 11-22 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işini yüksək səviyyədə işıqlandırdığınıza, yerli və dünya ictimaiyyətinin davamlı və operativ şəkildə məlumatlandırılmasında göstərdiyiniz əvəzsiz əməyə və əməkdaşlarınıza görə Sizə və peşəkar kollektivinizə səmimi təşəkkürlərimizi çatdırırıq.
COP29-un davam etdiyi müddətdə fəal və operativ xidmət göstərən əməkdaşlarınıza xüsusi minnətdarlığımızı ifadə edirik.
Dəyərli əməkdaşlığın ölkəmizin COP29 çərçivəsində növbəti sədrliyi ili müddətində də davam edəcəyinə və birgə yeni uğurlar əldə edəcəyimizə əminik”.
Nazir bu təşəkkür məktubunda Azərbaycanın COP29 çərçivəsindəki roluna, həmçinin beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edən tədbirin işıqlandırılmasında medianın verdiyi töhfəyə xüsusi diqqət çəkib.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ