Onlayn ictimai-siyasi qəzet
Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınlarının üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata əsasən, Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan 1.2 dəfə çox olduğu müəyyən edilib.
"Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir", - deyə G.Abbasova qeyd edib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ