Onlayn ictimai-siyasi qəzet
Ilk yayımlanma saatı 04.08.2024 (23:30)
Yer kürəsində güclü maqnit qasırğası başlayıb.
Bu barədə “TASS”a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Qeyd olunub ki, Yerin maqnit sahəsində pozulma G3 səviyyəsinə çatıb.
Bu hal Yer kürəsində enerji sistemlərində problemlər yaradır. Peyk və aşağıtezlikli radionaviqasiyada və yüksəktezlikli radiorabitədə fasilələr baş verə bilər.
Bundan əvvəl “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Yer kürəsində G1 sinifli (zəif səviyyə) maqnit qasırğasının başladığını bildirmişdi.
Yerin maqnit sahəsində pozulma dərəcəsi alimlər tərəfindən beş səviyyəli miqyasda ölçülür, burada G1 ən zəif narahatlıq, G5 isə ən güclü maqnit qasırğasıdır.\\“Report”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ