İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə ŞOK XƏBƏRDARLIQ: Bu əməliyyatı keçirənlər XƏRÇƏNG xəstəliyinə tutulur

“Mədə kiçiltmə əməliyyatı keçirənlərin 80 faizi xərçəng xəstəliyinə tutulur, orqanizmi 20-30 il qocalır”.

Bu sözləri Musavat.com-a açıqlamasında tanınmış həkim-diyetoloq Ləman Süleymanova bildirib.

Mütəxəssis son vaxtlar artıq çəkidən əziyyət çəkən insanların tez bir zamanda arıqlamaq üçün mədə kiçiltmə əməliyyatına üz tutmasından və bu cərrahi əməliyyatın ciddi fəsadlarından danışıb:

413577163_00999628_1920x0_80_0_0.jpg (212 KB)

“Artıq çəkidən əziyyət çəkən əksər insanlar uzun illər yığdığı, topladığı çəkilərdən tez bir zamanda azad olmaq istəyir. Buna psixoloji aləmdə psixoloji oyanıqlıq deyirlər. Yəni uzun illər artıq çəki aldığının fərqinə varmır, düzgün həyat tərzi sürmür, fiziki aktivliyi məhdudlaşmış olur, düzgün rejimlə qidalanmır, nəticədə orqanizmində piylənmə yaranır və bir anda qəflət yuxusundan ayılır, ətrafdakıların replikalarının fərqinə varır və sairə.

Bu məsələ ilə bağlı insanlar üç kateqoriyaya bölünür. Birinci kateqoriyada kəskin piyləmədən əziyyət çəkən insanlardır ki, bu da “morbid 1” adlanır. Bu halda şəxsin sağlamlığını pozan dərəcədə piylənmə olur. “Morbid 1” sözü xəstəlik mənasını daşıyır. Qeyd edim ki, normadan çox çəkinin yığılması bir neçə xəstəliyin yaranmasına gətirib çıxarır. Bununla da insanlar həm sağlamlıq, həm də fiziki görünüş baxımından problemlərlə üz-üzə qalır. Psixoloji oyanıqlıq baş verəndə isə tez bir zamanda uzun illər yığdıqları piylərdən azad olmaq istəyir ki, bu da onları doğru olmayan vasitələrə sürükləyir.

Doğru olmayan vasitələr isə bunlardır - arıqladıcı zəhərli dərmanlar, kokteyllər, cərrahi əməliyyatlar. Cərrahi əməliyyatlar dedikdə bura bir çox əməliyyatlar daxildir, onların arasında ən çox geniş yayılanı mədə kiçiltmə əməliyyatıdır.

Mədə kiçiltmə əməliyyatı ölkəmizdə 2013-2019-cu illər ərzində aktual olmuşdu. Çox təəssüf ki, insanlar bu əməliyyata çox müraciət edirdi, çünki əziyyət çəkmədən, tez bir zamanda arıqlamaq istəyirdilər. Amma artıq 2019-cu ildən bu əməliyyatın doğru olmadığını başa düşdülər. Çünki hər şey göz önündədir. Neçə-neçə məşhur, şou biznes insanları bu əməliyyata üz tutduqdan sonra dünyasını dəyişdi. Bu o deməkdir ki, mədə kiçiltmə əməliyyatı ən qorxulu, ən təhlükəli cərrahi əməliyyatlardan biridir".

"Mədə kiçiltmə əməliyyatı nədir?" sualına həkim belə cavab verib:

"Bu əməliyyat zamanı mədə kiçildilir. Geriyə qalan mədə həcmi 150-200 ml olur. Çıxarılan mədə (fundus) hissəsindən aclıq hissi hormonunun, qrelin ifrazı 80-90% nisbətən azalır, bununla da gündəlik aclıq hiss azalır. Bu, çox yanlış metoddur.

İlk dəfə mədə kiçiltmə əməliyyatı “morbid 1” - sağlamlığa zərər vuracaq dərəcədə piylənmədən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Məsələn, Çində 300-400 kq. çəkidə insanlar var idi. Ona görə də ABŞ-da bu əməliyyatı həyata keçirməyə başladılar. Daha sonra hətta bu çəkidə olan insanlara belə tövsiyə edilməməyə başladı. Çünki tibbdə sağlam orqanizmə müdaxilə hər zaman fəsadlar əmələ gətirir.

Alimlərin araşdırmasına görə, mədə kiçiltmə əməliyyatı edilən insanlarda kəskin qocalma baş verir. Belə ki, daxili orqanların funksiyasına idarəedici hormonlar təkan verir. Hormonların passivləşməsi ilk növbədə insanların şüuruna təsir edir. İnsan orqanizmində müxtəlif, o cümlədən xoşbəxtlik, aclıq, toxluq, həyat aktivliyi, cinsi fəaliyyəti aktivləşdirən, orqanların hüceyrə toxumalarına təsir edən, şəkərli hüceyrələri tənzimləyən və sairə hormonlar var. Bu hormonların sürət mexanizmi normativə uyğun olmalıdır. Məsələn, qadınlarda hormonal problemi olanda ilk növbədə ginekoloji problemlər yaranır. Yəni, bir hormonun fəaliyyətinin pozulması avtomatik olaraq digər hormonların fəaliyyətinə təsir edir ki, bu da orqanların fəaliyyətinin tonusunu azaldır. Yəni orqanları qocaldır. Məsələn, lazım olan maddələr qidalardan alırıq. Hər bir qidanın tərkibindəki insan orqanizmi üçün çox önəmlidir və həmişə boşqabımız zülal, yağ, karbohidratla, mineral, vitaminlə zəngin olmalıdır. Qəbul etdiyimiz qidalarda hər zaman bu elementləri almalıyıq ki, sağlam olaq, həyat fəaliyyətimiz, cinsi hormonlarımız, nəsil artırma qabiliyyəti, şüurumuz aktiv olsun.

Yəni ilk növbədə qidalanmağımıza diqqət etməliyik. Qidalanmağa diqqət etməyəndə, normadan artıq və yaxud normadan az qida qəbul etdikdə bu orqanizmdə müəyyən fəsadlara gətirib çıxarır. Normadan çox qida qəbulu hormonların fəaliyyəti pozulur, çəki artır, xəstəliklər yaradır, həmçinin normadan az qida qəbulu hormonların fəaliyyətini pozur, bədən indeksi aşağı olur, anoreksiya və ya digər xəstəliklərə gətirib çıxara bilər. Bu o deməkdir ki, orqanizm lazımi qədər qidalanmalı, mineral və vitaminləri qəbul etməlidir ki, lazım olan enerjini ala bilək.

Mədə kiçiltmə əməliyyatından sonra bütün hormonların sürət mexanizminin aktivliyi, orqanların tonusu aşağı düşür. Bu zaman məsələn, 23 yaşlı gəncin orqanizmi 53 yaşlı adamın orqanizmi kimi olur.

Eləcə də qadınlarda yumurtalıqların tonusu aşağı düşür, əgər şəxsin 23 yaşı varsa, yumurtalıqların fəaliyyəti 43 yaşdakı kimi olur. Belə qadınlarda erkən klimaks dövrü çox ciddi fəsadlarla başlayır. Həmçinin nəsil artırma qabiliyyəti sönür.

Kişilər mədə kiçiltmə əməliyyatından sonra ilk vaxtlarda özlərini rahat hiss etsələr də, 3-4 ay sonra orqanizmdə çox ciddi problemlər baş verir. Məhz 4 ay sonra orqanizmdə çox ciddi problemlər başlayır, həyat tonusu aşağı düşür, kişi hormonunun fəaliyyəti enir, cinsi zəiflik başlayır. Bəzən əməliyyatdan 6 ay, 1 il ərzində kişilərdə cinsi zəifliyə gətirib çıxarır.

Həmçinin, kosmetoloji problemlər, o cümlədən saç tökülmələri baş verir. Araşdırmalara görə mədə kiçiltmə əməliyyatından sonra kişilərdə 80 faiz, qadınlarda 40-50 faiz hallarda keçəlləşmə, dazlaşma baş verir.

Daha bir məsələ, məlum olduğu kimi, hər kəsdə genetik kodlar var. Uşaq doğulanda yaxşı genetik kodları açılır, məsələn, irsi xarakter, zehni qabiliyyət və sairə. Təxminən 35 yaşdan sonra isə pis genetik kodların açılması baş verir. Məsələn, nəsildə hansısa irsi xəstəlik varsa, həmin kodlar açılır. Təbii ki, insanlar özlərini bu xəstəliklərdən sığortalaya bilər, amma mədə kiçiltmə əməliyyatından sonra bu xəstəliklər erkən açılır. Məsələn, əgər nəsildə onkoloji xəstəlik varsa, bu xəstəlik mütləq ortaya çıxır. Hətta sağlam, genetikasında heç bir xəstəlik, o cümlədən onkoloji xəstəlik olmayan insanlarda belə xərçəngin yaranma təhlükəsi çox yüksəkdir. Araşdırmalar da onu göstərir ki, mədə kiçiltmə əməliyyatı edən şəxslərin 80 faizini bu xəstəlik yaxalayır”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR