Onlayn ictimai-siyasi qəzet
6 və 7 may tarixlərində Yer kürəsində güclü geomaqnit aktivlik müşahidə olunacaq.
Musavat.com xəbər verir ki, mayın 6-da G2 səviyyəsində maqnit qasırğası (K-indeksi 6) qeydə alınacaq. Bu qasırğa meteohəssas insanlar üçün narahatlıq, texnoloji sistemlərdə isə qismən nasazlıqlar yarada bilər.
Mayın 7-də isə maqnit qasırğasının gücü daha da artacaq və pik saatlarda G3 səviyyəsinə (K-indeksi 7-8) çatacağı gözlənilir. Belə hava şəraitində bəzi peyk sistemlərində və rabitə vasitələrində fasilələr mümkündür.
Meteohəssas insanlara bu günlərdə istirahət rejiminə riayət etmək, emosional və fiziki yüklənmədən uzaq durmaq tövsiyə olunur.
Musavat.com
06 May 2025
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ