Onlayn ictimai-siyasi qəzet
Son 24 saat ərzində 8 mindən çox insan Kursk vilayətinin sərhəd rayonlarını tərk edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.
Qeyd edilib ki, müvəqqəti yerləşdirmə mərkəzlərində 6 minə yaxın insan var. Onlarla Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin və agentliyin regional şöbəsinin mütəxəssisləri məşğul olur.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional əməliyyat qərargahındakı rəsmi nümayəndəsi Kurskda keçirilən brifinqdə qeyd edib ki, sərhəd sakinləri "müstəqil və mütəşəkkil kolonnalarda" oradan ayrılıblar.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ