Onlayn ictimai-siyasi qəzet
Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb.
Maraqlıdır uşaqlar və yeniyetmələr arasında sürətlə yayılan hansı xəstəlikdir?
həkim Səxavət Xəlilli "Xəzər TV"yə bildirib ki, ümumilikdə hər il payız mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma dinamikasında müəyyən qədər artım olur.
Həkimin sözlərinə görə, bu, mövsümi xəstəlik olaraq qiymətləndirilir.
Qeyd olunub ki, qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi hallar davamlı olacağı tədqirdə mütləq həkimə mürəciət edib təyinatı dəqiqləşdirmək lazımdır.
Xüsusi risk qrupundan olan insanlara gəlincə, Səxavət Xəlilli deyib ki, 5 yaşa qədər olan uşaqlar, 65 yaşdan yuxarı yaşlılar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar mövsümi qripə qarşı peyvənd oluna bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ