İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfvlə bağlı sonuncu iclas BAŞA ÇATDI

“Bu gün 100-dən artıq müraciətə baxdıq”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

NURİYEV.jpg (53 KB)

O bildirib ki, bu gün il üzrə Komissiyanın sonuncu iclası keçirilib:

“Bu il 7 iclas keçirdik və 800-dən çox müraciətə baxdıq. 3 ay ərzində fasiləsiz işlədik. Hətta iclaslar arasında proses davam etdi. Daxil olan müraciətlərlə bağlı müvafiq rəylər hazırlanıb Prezidentə təqdim olunacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR