İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi boksçu VƏFAT ETDİ

Əfsanəvi kubalı boksçu Emilio Korrea Vaillant 71 yaşında dünyasını dəyişib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, olimpiya, dünya və Panamerika çempionu olan boksçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Teofilo Stevenson və Orlando Martinez ilə birlikdə Kuba boksunun əfsanəvi üçlüyündən biri olan Vaillant 1972 Münhen Olimpiadasında ölkəsinə qızıl medal gətirib.

Boksçunun ölümü ölkəni yasa boğub.

Məlumata görə, 1952-ci ildə Santyaqo de Kubada anadan olan Vaillant xüsusilə güclü sol əli ilə seçilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR