İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda tiryək istehsalı 32% artıb

Əfqanıstanda radikal Taliban hərəkatı hakimiyyətə gəldikdən sonra ölkədə tiryək istehsalının həcmi 32% artıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məlumatında deyilir.

Qeyd olunub ki, Əfqanıstanda tiryək əkilməsi illik müqayisədə 32% artaraq 233 min hektara çatıb.

“Fermerlərin tiryək istehsalından əldə etdiyi gəlir son bir ildə üç dəfə artıb - 2021-ci ildəki 425 milyon dollardan 2022-ci ildə 1,4 milyard dollara çatıb. Lakin bu məbləğ Əfqanıstan daxilində tiryək istehsalı və ticarətindən əldə olunan gəlirin yalnız bir hissəsini təşkil edir. Əfqanıstanda tiryəkin müsadirəsi onu göstərir ki, əfqan tiryəki və heroinin qanunsuz satışı dayandırılmayıb. Əfqanıstan dünya üzrə tiryək tələbatının 80%-ni ödəyir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR