Onlayn ictimai-siyasi qəzet
Aparıcı Elgiz Əkbər efirdə başına gələn qoxunc hadisədən söz açıb.
Bu haqda Elgiz aparıcısı olduğu "Elgizlə izlə" verilişində danışıb.
E.Əkbər bildirib ki, illər əvvəl proqramına pənah gətirən psixi pozğunluqdan əziyyət çəkən 15 yaşlı yeniyetmə qız onun üzərinə hücum çəkib:
"İllər əvvəl aparıcısı olduğum proqrama bir ailə yardım üçün müraciət etmişdi. O ailənin 15 yaşlı qızı psixi pozğunluqdan əziyyət çəkirdi. Amma onun belə probleminin olduğunu bilmirdim. Qız ailəsi ilə tamaşaçıların arasında birinci sırada əyləşmişdi. Proqramın ortasında gördüm ki, qız mənə baxıb qəribə üz hərəkətləri və səslər çıxarır. Mənə tərs-tərs baxırdı. Mən də çaş-baş qalmışdım. Ekspertlərin biri isə həmin qızın hansı vəziyyətdə olduğunu bilib, başlayıb onu aqressivləşdirməyə. Kamera eksperti göstərməyəndə o qıza baxıb qaşlarını çatıb. Həmin qız da durub ayağa efirdə üzərimə hücum çəkdi. Arxada da dekorasiya var idi. O dekorasiya isə indi ki kimi qalmırdı, sökülüb-yığılırdı. Yəni əl vursan, dekorasiya yerə töküləcək. Üstümə hücum etdikcə, mən arxaya çəkilmək məcburiyyətində qaldım. Tutdu mənim boğazımdan.15 yaşında gənc bir qızın gücü... Bu inanılmaz bir şeydir. Kişi səsi çıxarıb, qışqırırdı. Sanki içində bir insan oturub. Xırıldayırdım... Studiyada olan insanlar hamısı şokda idilər. Bir insan da yardıma gəlmədi. Sonra həmin hadisənin videosunu Türkiyədə, İsraildə və Hindistanda televiziya vasitəsi ilə nümayiş etdirmişdilər". /Olay.az
11 Mart 2025
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ