İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədalət Verdiyev Laçın dəhlizində gördüklərini danışdı: - "Rus sülhməramlısı yolda..."

"Yeni çəkilmiş yol Laçın ərazisinin cəmi 9 km-ni əhatə edir. Əvvəlki yol 32 km idi. Biz 9 km-i verib, 32 km-i əldə etmişik. Bir tərəfdən də yolun 5 km-lik eni məsələsi var. Məlum məsələdir ki, bu 5 km rəqəmi şərtidir. Çünki orada elə qayalar var ki, həmin 5 km-ə nəzarət etmək qeyri-mümkündür."

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində hərbi eksper Ədalət Verdiyev deyib. 

O, qeyd edib ki, hər bir halda Laçının, bu dəhlizin azad olunması mühüm bir məsələdir: "Biz bütün bu məsələləri vətən müharibəsi qəhrəmanı general Kənan Seyidovla da müzakirə etdik. Həmin 9 km-lik hissədə Rusiya sülhməramlılarının fəaliyyətində narahatlıq doğuran bir şey yoxdur. Təbii ki, hər birimiz istəyərik ki, erməni silahlısı da, ruslar da ən qısa bir müddətdə ərazini tərk etsinlər."

Daha ətraflı təqdim etdiyimiz videoda: 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR