Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirəndən sonra qurumdan sənətkara cavab ünvanlanmışdı. AYNA Ədalət Şükürov oktyabrın 18-də ictimai dinləməyə dəvət etmişdi.
Qeyd edək ki, bu gün AYNA qurumun mütəxəssisləri, ekspertlər və media nümayəndələrinin iştirakı ilə növbəti ictimai dinləmə təşkil olunub. Həmin tədbirə dəvət edilən Ədalət Şükürov isə ora getməyib.
AYNA-dan BAKU.WS-ə bildirilib ki, sənətkara dəvət göndərilsə də, o, gəlməkdən imtina edib.
Bəs niyə Ədalət Şükürov AYNA-nın dəvətini qəbul etməyib?
Suala cavab tapmaq üçün sənətkarla əlaqə saxladıq. Ədalət Şükürov BAKU.WS-ə bildirdi ki, Bakıda olmadığı üçün tədbirə getməyib.
"Mən onlarla danışdım. Hazırda Moskvada olduğum üçün həmin tədbirə gedə bilmədim", - deyə Ədalət Şükürov bildirib.
Qeyd edək ki, oktyabrın 9-da AYNA Ədalət Şükürovu keçirəcəyi tədbirə çağırmışdı.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ