İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən güclüləri sırasında Azərbaycan Ordusu da var - siyahı

Hərbi ekspert: “Azərbaycan və Türkiyə ordusunun mövqeyindən düşmənlər nəticə çıxarmalıdır”

2024-cü ilin ilk hərbi güc reytinqi açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə ABŞ-da yerləşən “Global Fire Power” mərkəzi paylaşım edib (Təfərrüatlı yazı burada - https://musavat.com/news/en-guclu-ordular-59-cu-yerde-biz-102-de-onlar-10-luq-da-iki-muttefiqimiz-var_1036012.html).

Bildirilib ki, 145 ölkənin yer aldığı siyahı hərbi qüvvələrin hərəkətliliyi, döyüş meydanında aktiv qalma müddəti, təchizat, maliyyə vəziyyəti, ölkənin coğrafi mövqeyi, mövcud resursları kimi amillər nəzərə alınaraq tərtib edilib.

Sözügedən siyahıya görə, Azərbaycan 59-cu, Ermənistan isə 102-ci pillədə qərarlaşıb. Türkiyə ötən illə müqayisədə 3 pillə irəlliləyərək 8-ci olub.

Siyahıdakı ilk on ölkəni təqdim edirik:

ABŞ. 2. Rusiya. 3. Çin. 4. Hindistan. 5. Cənubi Koreya. 6. Böyük Britaniya. 7.Yaponiya. 8. Türkiyə. 9. Pakistan. 10. İtaliya.

Ermənistanla Rusiya arasında silah qalmaqalı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 145 ölkənin sırasında Azərbaycan Ordusunun 59-cu yerə sahiblənməsi çox yaxşı nəticədir. Əsas məsələ budur ki, Azərbaycan Ordusu gün-gündən güclənir. Bunu müxtəlif reytinq hesabatları da təsdiqləyir. 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti ordumuzu 20-ci əsrin müasir orduları sırasına yüksəltdi. Dünyanın bir sıra hərbi məktəblərində Azərbaycan Ordusunun 44 günlük müharibədəki taktikası, əməliyyatları öyrədilir, nümunə kimi göstərilir. Azərbaycan Ordusunun türk ordusu modelinə keçidi müharibədən sonra daha da sürətləndirilib. Diqqət edirsinizsə, açıqlanan reytinq siyahısında Türkiyə ordusu dünya üzrə 8-ci yerdədir. Bu, çox böyük nəticədir. Deməli, Azərbaycan Ordusu dünyanın ən güclü 8-ci ordusu modelinə keçir. Reytinqin yüksəlməsində bu amil də öz sözünü deyir. Şübhəsiz yaxın gələcəkdə Azərbaycan Ordusu reytinq siyahısında daha da irəliləyəcək. Azərbaycanın müdafiə sənayesi inkişaf edir, bir çox silahları, mərmiləri özümüz istehsal edirik. PUA-lar istehsal edirik. Biz başqa ölkələrin ordularına da silah-sursat satırıq. Əslində mən hesab edirəm ki, reytinq cədvəlində yerimiz daha da irəlidədir. Ordumuzda bəzi çatışmazlıqlar aradan qaldırıldıqdan sonra reytinq siyahısında yerimiz ciddi şəkildə irəlidə olacaq".

Ekspert qeyd etdi ki, Ermənistan açıqlanan bu reytinq siyahısında həm öz yerinə, həm də Azərbaycan Ordusunun yerinə baxmalı və nəticə çıxarmalıdır, sülhə razılaşmalıdır: “Ermənistan Azərbaycanın hərbi müttəfiqi Türkiyənin, həmçinin Azərbaycan yaxın dostu Pakistanın ordusunun da siyahıdakı yerlərinə diqqət edib nəticə çıxarmalıdır. Türkiyə bir ildə reytinq siyahısında üç pillə qabağa gəlib. Bu, çox yaxşı nəticədir. Çünki Türkiyə hərbi sənayesi çox inkişaf etdi”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR