Onlayn ictimai-siyasi qəzet
Rəsm əsərlərinin estetik dəyəri pul ilə ölçülə bilməz. Buna baxmayaraq gözəl sənət əsərlərinə müəyyən bir qiymət təyin olunur.
Musavat.com dünyanın ən bahalı 7 rəsm əsərinin siyahısını təqdim edir:
1. “Mona Liza” - 970 milyon dollar
Leonardo da Vinçinin yaratdığı "Mona Liza" 970 milyon dollarla dünyanın ən bahalı rəsm əsəridir.
Əsər 1804-cü ildən Parisdəki Luvr muzeyində sərgilənir. Potensial alıcılardan qanunla qorunan bu şah əsərin qiyməti 1962-ci ildə inflyasiyaya uyğunlaşdırılmış sığorta qiymətləndirməsi ilə müəyyən edilib. Lakin əsərin dəqiq dəyərini ölçmək mümkün deyil.
2. "Salvator Mundi" - 450,3 milyon dollar
Leonardo da Vinçinin digər əsəri olan "Salvator Mundi" 450,3 milyon dollar dəyərindədir. Bu əsərin sahibi Bədr bin Abdullah Əl Səuddur. 2 əsr ərzində itmiş əsər 2005-ci ildə zədələnmiş və bərpaya ehtiyacı olduğu halda aşkar edilib. 2017-ci ildə rəsm "Christie's New-York" auksionunda satılıb.
3. "Mübadilə" - 300 Milyon Dollar
Nyu-Yorklu rəssam Villem de Kuninqin "Mübadilə" əsəri 300 milyon dollar dəyərindədir. Abstrakt ekspressionist əsər 2015-ci ildə Kenneth C. Griffinə satılıb. Əsər hazırda Çikaqo İncəsənət İnstitutunda sərgilənir.
4. "The Card Players" - 250 milyon dollar
Qətər Dövləti Pol Sezannın 250 milyon dollarlıq “The Card Players” əsərinin sahibidir. Müasir incəsənətin atası kimi tanınan Pol Sezanın əsəri 2011-ci ildə Qətər kral ailəsi tərəfindən satın alınıb.
5. "Nafea Faa İpoipo" - 210 Milyon Dollar
Pol Qogenin "Nafea Faa Ipoipo" adlı 2010 milyon dollarlıq əsəri də Qətər dövlətinə məxsusdur. 1892-ci ildə ortaya çıxan post-impressionist əsər onilliklər ərzində Bazeldəki "Kunstmuseum"da nümayiş etdirildikdən sonra 2015-ci ildə Şeyx Əl-Mayassa bint Həməd Əl-Tani tərəfindən alınıb.
6. "Nömrə 17A" - 200 milyon dollar
Cekson Pollokun “Nömrə 17A” tablosu 2015-ci ilin sentyabrında Kenneth C. Griffinə 200 milyon dollara satılıb. Əsər hazırda Çikaqo İncəsənət İnstitutunda nümayiş etdirilir.
7. "Wasserschlangen II" - 183,8 milyon dollar
Qustav Klimtin “Wasserschlangen II” əsəri İv Buvye tərəfindən rusiyalı milyarder Dmitri Rıbolovlevə 183,8 milyon dollara satılıb. Lakin ortada dələduzluq iddiası ilə rəsmin satışı üçün hüquqi mübarizə başlayıb. Klimtin bu əsəri İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən oğurlanıb və 2013-cü ildə yenidən ortaya çıxıb
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ