İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada bu xəstəliyə yoluxanların sayı iki dəfə ARTIB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir ildə vəba hallarının iki dəfədən çox artdığını bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ildə 472 mindən çox vəba hadisəsi qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm 223 mindən çox olub. Ötən il xəstəlik 35 ölkəyə yayılıb.

ÜST-nin məlumatına görə, keçən il Əfqanıstan, Kamerun, Konqo Demokratik Respublikası, Malavi, Nigeriya, Somali və Suriya vəbadan ən çox əziyyət çəkib. Bu xəstəlikdən ölüm nisbəti 0,5% təşkil edib (2349 hadisə).

ÜST ekspertləri bildiriblər ki, hələlik infeksiya ilə bağlı kifayət qədər məlumat yoxdur. Onlar hər il 1,3-4 milyon xəstəlik və 143 minə qədər ölüm proqnozlaşdırırlar.

Qeyd edək ki, vəba xəstəliyinin əlamətlərinə ishal, əzələ spazmı, üz cizgilərinin kəskin dəyişməsi (batmış gözlər, mavi dodaqlar və qulaqlar), normal və hətta aşağı bədən temperaturunda dərinin soyuqlaşması, nəfəs darlığı və şiddətli zəiflik daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR