İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya səfirləri Türkiyədə - qardaş ölkədən Azərbaycana növbəti “Yanındayıq” mesajı...

“Putin-Ərdoğan görüşü bu istiqamətdə çox vacib idi”

Avqustun 8-də Ankarada XIII Səfirlər Konfransı keçirildi. Konfransda iştirak üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da qardaş ölkəyə getmişdi.

Səfirlər Konfransı çərçivəsində terror qurbanı olan Türkiyənin xaricdəki nümayəndəliklərinin Şəhidliyini Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da ziyarət edib.

R.Məmmədov ziyarət zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından Şəhidliyə əklil qoyub.

Tədbirdə həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, nazir müavinləri Sedat Onal, Faruk Kaymakçı, Yavuz Selim Kıran, Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının vəzifəli şəxsləri və Türkiyənin xaricdəki nümayəndəliklərinin rəhbərləri də iştirak edib. 

XİN Ceyhun Bayramovun 13-cü səfirlər konfransındakı çıxışı ilə bağlı  məlumat yayıb - AZƏRTAC

Bir dəqiqəlik sükutla başlayan mərasimdə çıxış edən Çavuşoğlu 1973-cü ildən bu yana terror təşkilatlarının Türkiyənin xaricdəki nümayəndəliklərini hədəfə aldığı hücumlarda diplomatlar və onların ailə üzvlərindən 41 nəfərin şəhid olduğunu vurğulayıb...

“Döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinliyi ortadadır. Azərbaycan torpaqlarının işğaldan azad olunması bunun bariz nümunəsidir”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında deyib.

O qeyd edib ki, 30 il davam edən işğal və soyqırım siyasəti qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmayıb.

Türk dünyasının liderinin daha bir açıqlaması da xüsusi diqqət çəkib. O bildirib: “Qurban bayramında Ermənistanın baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq. Ermənistanın prosesləri doğru qiymətləndirərək Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin sabitliyə qovuşacağına inanıram”.

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil”.

Bu barədə tədbirdə çıxışı zamanı Çavuşoğlu deyib.

Ekspertlər bu tədbirin Qarabağ ətrafında çox mühüm gəlişmələrin olduğu günlərə təsadüf etməsinin Azərbaycan üçün əhəmiyyətini yüksək dəyərləndirirlər.

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

 Ceyhun Məmmədov

YAP-çı deputat Ceyhun Məmmədov Azərbaycanın bu cür tədbirlərdəki iştirakının önəmini daha çox qabartdı: “Hesab edirəm ki, bu konfransda Azərbaycanın xarici işlər nazirinin iştirakı iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinin göstəricisidir. Əslində son illərdə Azərbaycan və Türkiyə xarici siyasətdə koordinasiyalı şəkildə iştirak edirlər. Bir çox məsələlərdə qardaş ölkələrin tutduqları mövqelər eynidir. Ankara davamlı olaraq ölkəmizin mövqeyini dəstəkləyir. Ərdoğan və Çavuşoğlunun Azərbaycanla bağlı açıqlamaları, eləcə də Ermənistana verilən mesajlar mövqeyimizin bir daha dəstəklənməsidir. Eyni zamanda bu, həm də Ermənistana və bəzi ölkələrə bir mesajdır ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və daim da onun yanında olmağa davam edəcək. Belə tədbirlərdə birgə iştirak mövqeyimizin güclənməsinə səbəb olan vasitələrdən biridir. Bu bizə imkan verir ki, xarici siyasətimizdə daha prinsipal, qətiyyətli olaq. Hazırda Ermənistan bir sıra ölkələrə arxayın olaraq, təxribatlarını davam etdirməyə cəhd edir. Amma qardaş ölkə ilə olan yaxınlıq, belə tədbirlərdə iştirak bu cür təxribatların qarşısının alınmasına səbəb olan amillərdən biridir”.

Məmurlar vəzifələrindən imtina etməklə istefa mədəniyyəti gətirsin" – Əziz  Əlibəyli » Anews.az Azərbaycan xəbər portalı

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə bunları dedi: “Türkiyə tərəfinin hər zaman olduğu kimi, indi də mövqeyi çox aydın şəkildə göründü. Azərbaycanın yanında olduqlarını bir daha bəyan etdilər. Bugünlərdə qardaş ölkədə PUA kursu keçənlər geri qayıtdılar. 3 avqustda Akıncı PUA-ları tətbiq olundu. Günlər öncəki Putin-Ərdoğan görüşü bu istiqamətdə çox vacib idi. Laçından ermənilərin çıxarılması bu ay ərzində reallaşacaq. Amma çıxmamağa yönəlik də Azərbaycan və Türkiyə vaxtaşırı bəyanatlar irəli sürürlər. Mütləq şəkildə çıxıb rədd olacaqlar”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xarici işlər nazirimizin qardaş ölkədə çox vacib məsələləri gündəmə gətirəcəyini bildirdi: “Cənubi Qafqaz bölgəsində gərginlik davam edir. Buna görə də Türkiyə və Azərbaycan arasında təmasların artmasına, fikir mübadiləsinin genişlənməsinə yenidən ehtiyac var. II Qarabağ savaşında olduğu kimi, bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə çox önəmli görüşü baş tutdu. Bu görüşdə müxtəlif mövzular müzakirə edildi. Mümkündür ki, Qarabağla bağlı da fikir mübadiləsi olsun. Putinin Ərdoğanla tərəfdaşlığa ehtiyacı var. Bu, Azərbaycan üçün də faydalıdır. Çünki sanksiyalar fonunda Rusiyanın Türkiyəyə ehtiyacı varsa, bu o deməkdir ki, qardaş ölkənin istəkləri nəzərə alınmalıdır. Türkiyənin isə istəklərindən biri budur ki, Qarabağda əmin-amanlıq yaratmağa Azərbaycan hərbçilərinə rus sülhməramlıları maneçilik yaratmasın. İnsafən demək lazımdır ki, son antiterror əməliyyatında ruslar bizə maneçilik yaratmadılar. Biz onların arxasında gizlənən separatçıları da vurduq. Laçın şəhəri Azərbaycana qaytarılır, alternativ yola rus hərbçiləri köçməlidir. Amma buna baxmayaraq, Qarabağda hələ böyük hədəflərimiz var. Böyük ehtimalla xarici işlər nazirimiz Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə bu məsələləri müzakirə edəcək. Türkiyə tərəfini məlumatlandırmağa ehtiyac var ki, Azərbaycan-Ermənistan arasındakı danışıqların detalları, planlar haqqında Ankara məlumatlı olmalıdır ki, Rusiya və Ermənistanla bağlı siyasət yürüdüləndə ölkəmizin maraqları nəzərə alınsın. Bu məsələlərdə detallar çox önəmlidir. Çavuşoğlu ilə görüşündə Ceyhun Bayramov çox vacib məsələləri önə çəkəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR